Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha 3 azərbaycanlı futbolçu İtaliya klubunda

Daha 3 azərbaycanlı futbolçu İtaliya klubunda

Tarix: 28 May 2023 18:12

Üç azərbaycanlı futbolçu sentyabrda İtaliyaya yollanacaq.

Bu barədə Sportinfo.az-a EFA-nın (Europian Football Academy) direktoru və baş məşqçisi Vüsal Mustafayev məlumat verib.

Onun bildirdiyinə görə, klubun yetirməsi olan yeniyetmə və gənclər karyeralarını adıçəkilən ölkədə davam etdirəcəklər.

Bu, EFA ilə "Peruca" arasında aparılan danışıqlar nəticəsində dəqiqləşib. Belə ki, EFA-nın yetirmələri "Peruca"nın nəzdində fəaliyyət göstərən İSM Akademiyasında forma geyinəcəklər.

Son llərdə həyata keçirdiyi müxtəlif layihələrlə Azərbaycanın uşaq futbolunda yeni səhifə açan, müxtəlif beynəlxalq turnirlərdə adından söz etdirən EFA ciddi inkişaf yolu keçməkdədir.

Bu sahə üzrə öncüllərdən olan klub artıq 1 yetirməsini yaxınlarda "Peruca"ya göndərib.

Söhbət 17 yaşlılardan ibarət milliyə də dəvət alan Məsud Əlişanlıdan gedir. Sözügedən yarımmüdafiəçi İtaliyada həm təhsil alır, həm də rəsmi oyunlara çıxır.

Milli.Az


Etiketlər:  Daha 3 azərbaycanlı futbolçu İtaliya klubunda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ