Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2023 19:14
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə güclü yağış səbəbindən suyun səviyyəsinin artması və ətraf ərazilərə təhlükə yaratması ilə əlaqədar məlumat daxil olub.
FHN-dən Sonxeber.net-a bildirilib ki, məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda ətraf ərazilərin subasma riskinin aradan qaldırılması üçün göldə suyun səviyyəsinin azaldılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.