Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

""Türkiyə əsri"ndə yeni uğurlara imza atacağıq"

Tarix: 28 May 2023 22:46

"Türkiyə əsri"ndə yeni uğurlara imza atacağıq.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun öz rəsmi twitter hesabındakı paylaşımda bildirib.

"Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə maneələri bir-bir dəf etdik."Türkiyə əsri"ndə yeni uğurlara imza atmağa davam edəcəyik", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, Türkiyədə yerli vaxtla saat 08:00-da prezident seçkilərinin ikinci turu başlayıb. Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək.

Prezident seçkilərinin ikinci turunda ölkənin hazırki prezidenti Rəcəb Tayyib Ərdoğan və Cumhuriyyət Xalq Partiyasının sədri (CHP) Kemal Kılıçdaroğlu iştirak edirlər.

May ayının 14-də keçirilən seçkilərin birinci turunda prezident Rəcəb Tayyib Ərdoğan 49,5%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kemal Kılıçdaroğlu 44,89% səs, Ata İttifaqı namizədi Sinan Oğan 5,47% səs Memleket Partiyasının namizədi Muharrem İnce isə 0,44 % səs toplayıblar.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları seçkilərin ikinci turunda may ayının 20-22-dək səsvermədə iştirak ediblər.

Qeyd edək ki, Türkiyədə keçirilən seçkilərin ikinci turunda səsvermədə 0 vətəndaşın iştirak etməsi gözlənilir.

Türkiyədə yaşayan 60 milyon 697 min 843 seçicinin 30 milyon 710 min 790-ı, yəni 50,60 faizini qadınlar təşkil edir.

Kişi seçicilərin sayı isə 29 milyon 987 min 53 nəfər olmaqla 49,40 faiz təşkil edir.

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının sayı 6,5 milyondan artıqdır.

Ümumilikdə xarici ölkələrdə yaşayan 3 milyon 416 min 98 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Bu seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir ki, bu da xaricdəki seçici sayının 46,70 faizinə bərabərdir.

Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820 min 940 nəfərdir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir.

Səsvermənin ikinci turu 73 ölkədə və 151 diplomatik səsvermə dairəsində keçirilib.

Milli.Az


Etiketlər:  Türkiyə əsrində yeni uğurlara imza atacağıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ