Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda çimərlikə mina tapıldı

Azərbaycanda çimərlikə mina tapıldı

Tarix: 29 May 2023 14:28

Lənkəranda dəniz kənarında mina tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, mina sakinlərin istifadə etdiyi çimərlik ərazisində aşkarlanıb. Dərhal aidiyyəti orqanlar məlumatlandırılıb və əraziyə cəlb olunublar.

Çimərlikdən istifadə edən sakinlər ərazidən uzaqlaşdırılıb. Görülən tədbirlərdən sonra mina zərərsizləşdirilib.

Qeyd edək ki, ərazidə vaxtilə hərbi hissə olub. Yerli sakinlər bu tip hadisə ilə tez-tez qarşılaşırlar.

Milli.Az


Etiketlər:  Azərbaycanda çimərlikə mina tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ