Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2023 13:46
Taksi sürücüləri iş saatlarının çox olmasından şikayətlənirlər.
Onların iş qrafiki sübh tezdən başlayır. Bir sutkada 10-15, hətta 18 saat işləyən taksi sürücüləri var.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sürücülər bildirir ki, günlərinin əksər vaxtını sükan arxasında keçirmələrinə səbəb qazanclarının az olmasıdır.
Sürücüləri narahat edən həm qazanclarının az olması, həm də vaxtlarının çoxunun tıxaclı yollarda keçmələridir. Bu hal da istər-istəməz sürücü ilə sərnişin münasibətlərinə mənfi təsir göstərir.
Bütün bunlar onu göstərir ki, beynəlxalq taksi şirkətlərinin Azərbaycandakı fəaliyyəti ilə bağlı yeni qayda və tənzimləmələrə ehtiyac var.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: