Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2019 17:16
İlk xəbər saat 16:00-da yayımlanıb
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin vəzifəsindən azad olunması üçün yazdığı ərizə ilə bağlı AMEA Rəyasət Heyətinin iclası keçirilib. Trend-in məlumatına görə, akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsinə seçilib.
Qeyd edək ki, R.Mehdiyev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.
X X X
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin vəzifəsindən azad olunması üçün yazdığı ərizə ilə bağlı AMEA-da ümumi yığıncaq keçirilir.
Trend-in məlumatına görə, iclasda AMEA-nın Rəyasət Heyətinin üzvləri iştirak edirlər.
Yekunda heyətin qərarı ilə AMEA-ya yeni prezident seçiləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin