Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ailələr arasında dava - 14 nəfər yaralanıb

Ailələr arasında dava - 14 nəfər yaralanıb

Tarix: 1 Iyun 2023 09:42

Türkiyənin Van şəhərində iki ailə arasında daş, çubuq və bıçaqla dava baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Haber Türk" məlumat yayıb.

Dava zamanı əvvəlcə üç nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.

Yaxınlarından xəbər almaq üçün xəstəxana qarşısına toplaşan hər iki ailədən olan nümayəndələr orada da dava ediblər.

Tibb ocağının qarşısında başlayan dava zamanı isə daha 11 nəfər yaralanıb. Xəstəxanın həyətində olan bir neçə avtomobilə ziyan dəyib.

İki davada yaralanan 14 nəfər müxtəlif xəstəxanalara aparılıb.

Polis qrupları xəstəxanaların ətrafında təhlükəsizlk tədbirləri görüb.

Milli.Az


Etiketlər:  Ailələr arasında dava 14 nəfər yaralanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ