Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2023 11:20
"Miss Azərbaycan-2017"nın qalibi, model Razi Əliyevanı döyən Ziya Hüseynzadə işdən çıxarılıb.
Sonxeber.net Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə bloqer Aysel Şükür paylaşım edib.
Paylaşımda bildirilir ki, "Softline İnternational" MMC və "Softline Trade" MMC-nin direktoru Ziya Hüseynzadə təsisçilərin etimadını itirdiyi üçün onunla əmək müqaviləsinin müddətinin uzadılmamasına qərar verilib.
Qeyd olunub ki, hazırda Ziya Hüseynzadənin "Softline İnternational" MMC və "Softline Trade" MMC-nin adından çıxış etməyə heç bir səlahiyyəti yoxdur.
Hazırda Z.Hüseynzadə barəsində araşdırma aparılır.
Araşdırmanın nəticəsinə uyğun olaraq, onun əməllərinə qiymət veriləcək və barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.