Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Brilliant Dadaşova evliliyinin 35 illiyini QEYD ETDİ - VİDEO

Brilliant Dadaşova evliliyinin 35 illiyini QEYD ETDİ - VİDEO

Tarix: 1 Iyun 2023 11:55

Xalq artisti Brilliant Dadaşova və həyat yoldaşı Ədalət Hacıyev evlilik ildönümlərini təmtəraqlı şəkildə qeyd ediblər. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki,  35 ildir ailəli olan cütlük bu günü yadda qalan etmək üçün paytaxt restoranlarının birində məclis qurub.

Şou-biznesin bir sıra məşhurlarının yer aldığı gecədən görüntüləri Xalq artisti Röya Ayxan sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Cütlüyün özəl günündə Xalq artisti Zülfiyyə Xanbabayeva və Nərmin Kərimbəyli də iştirak edib. Sənətçilər sevilən hitləri ilə məclisi daha da coşdurublar.

Qeyd edək ki, Ədalət Hacıyev Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktorudur. Brilliant və Ədalət cütlüyünün Cahad adlı bir oğlan övladı var.

Milli.Az


Etiketlər:  Brilliant Dadaşova evliliyinin 35 illiyini QEYD ETDİ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ