Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2023 18:06
Pakistanın sabiq Baş naziri İmran Xanın Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI - Pakistan Tehreek-e-Insaf) prezidenti Çaudri Pərviz Elahi Lahor şəhərində həbs edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə yerli "Geo News" xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Pərviz Elahi anti-korrupsiya idarəsinin əməkdaşları tərəfindən Lahorda, evinin qarşısında həbs edilib.
Buna səbəb kimi, Elahinin səhhəti ilə əlaqədar ötən həftə antikorrupsiya məhkəməsinin iclasına gəlməməsi və məhkəmə tərəfindən müvəqqəti girovun ləğv edilməsi göstərilib. Belə ki, hakim Elahinin döş qəfəsində ağrılar olduğunu təsdiqləyən tibbi arayışı da saxta elan edib.
Xatırladaq ki, Parviz Elahi 70 milyon rupi məbləğində korrupsiya əməlində ittiham olunur.