Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İraqda məhbus həyatı sürmüş 3 qadın Azərbaycana gətirildi

İraqda məhbus həyatı sürmüş 3 qadın Azərbaycana gətirildi

Tarix: 1 Iyun 2023 18:06

Azərbaycan Respublikasının hökuməti tərəfindən aparılmış müvafiq əlaqələndirmə işi, habelə ölkəmizin aidiyyəti dövlət qurumlarının mərhələli və koordinasiyalı tədbirləri nəticəsində, İraq Respublikasında məhbus həyatı sürmüş və hazırda cəza müddəti bitmiş 3 nəfər qadın Azərbaycan Respublikası vətəndaşı ölkəmizə gətirilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, növbəti mərhələdə daha 2 nəfər cəza müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının ölkəmizə gətirilməsi nəzərdə tutulur.

Hazırda, İraq Respublikasında həbsdə saxlanılan Azərbaycan Respublikasının qadın vətəndaşlarının mərhələli şəkildə ölkəmizə gətirilməsi istiqamətində müvafiq işlər davam etdirilməkdədir. Bununla əlaqədar olaraq, İraq Respublikasının aidiyyəti dövlət qurumlarına müvafiq müraciətlər ünvanlanıb.

Qeyd edək ki, Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində indiyə qədər sözügedən qadın vətəndaşlarımızın 288 nəfər övladı Azərbaycana artıq geri gətirilib.

Milli.Az


Etiketlər:  İraqda məhbus həyatı sürmüş 3 qadın Azərbaycana gətirildi


RƏYLƏR