Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlik Sumqayıtda Xəzər bağlarında yaranan iy-qoxunun səbəblərini açıqladı

Nazirlik Sumqayıtda Xəzər bağlarında yaranan iy-qoxunun səbəblərini açıqladı

Tarix: 23 Oktyabr 2019 17:57

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri Xəzər bağları massivində ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bunu Trend-ə açıqlamasında 4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı iy-qoxunun Xəzər bağları ilə Xəzər dənizi arasındakı qamışlıq sahədə səhər saatlarında baş verən yanğın nəticəsində ətrafa yayıldığı məlum olub.

“Yanğının hansı səbəbdən baş verdiyi aidiyyəti qurumlar tərəfindən araşdırılır”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nazirlik Sumqayıtda Xəzər bağlarında yaranan qoxunun səbəblərini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ