Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2023 15:15
Müğənni Natavan Həbibinin keçmiş həyat yoldaşı, reper Dado hazırkı münasibətlərindən söz açıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi bununla bağlı "Səhərin səsi" verilişində danışıb:
"Münasibətimiz yaxşıdır, sağ olsunlar. Anası da, bacısı da övladımı padşah balası kimi böyüdürlər. Onların qarşısında baş əyirəm. Öz aramızda nə olub, olmayıb onu kənara qoyuruq. O mövzuların hamısı keçib. Tez-tez gedib-gəlirəm, bildirmirik. Arada sıxıntılar oldu, sonra bir-birimizi başa düşdük. Üçüncü şəxslərin müdaxiləsi də var idi. Sonda başa düşdük ki, evlənmək bizim kimi insanlar üçün deyil".
Qeyd edək ki, onların bu evlilikdən bir oğlu dünyaya gəlib.