Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gözəl və yaraşıqlı adamlar nə üçün tənha qalırlar? - 5 SƏBƏB

Gözəl və yaraşıqlı adamlar nə üçün tənha qalırlar? - 5 SƏBƏB

Tarix: 2 Iyun 2023 20:56

Hamı elə düşünür ki, gözəl və yaraşıqlı adamların həyatı asan, şansları daha çoxdur. Lakin cazibədar insanların şəxsi həyatları heç də göründüyü kimi asan olmur. Heyranlarının çoxluğuna baxmayaraq, onlar çox zaman tənha qalırlar.

Psixoloqlar bunun 5 əsas  səbəbi barədə danışıblar.

Milli.Az Lent.az-a istinadən həmin səbələrlə sizi tanış edir.

1. Gözəllik ətrafdakıları qorxudur. "O məni bəyənməz" düşüncəsi ilə gözəllərə yaxın durmaq istəmirlər. 

2. Belə bir streotip var ki, yaraşıqlı kişilər və qadınlar " ürəkyeyəndir", onların duyğuları yoxdur. Bu fikir insanların onlarla ciddi münasibət düşünməsinə mane olur.

3. Yaraşıqlı və gözəl insanlar bir gecəlik  partnyor olmaqdan qorxduqları üçün insanlara az güvənirlər

4. Hamı onların xarakterinin lovğa, eqoist olduğunu düşünür. Gözəl və yaraşıqlı adamlar haqqında önyarqılar onların  həyatına xoş təsir etmir.

5. Potensial pərəstişkarlar gözəl qızın ürəyinin boş olmadığını düşünürlər. Qızlar isə ümumiyyətlə yaraşıqlı kişilərə ürəklərini açmağa cəsarət etmirlər.

Milli.Az


Etiketlər:  Gözəl yaraşıqlı adamlar üçün tənha qalırlar 5 SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ