Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2023 22:38
Yaponiyanın Sakit okean sahilləri yaxınlığından keçən "Mavar" tayfunu 200-dən çox reysin təxirə salınmasına, avtomobil və dəmir yolu nəqliyyatının hərəkətində fasilələrə səbəb olub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, yerli xilasetmə xidmətlərinin məlumatına görə, gün ərzində 100 mindən çox insan təxliyə ilə bağlı tövsiyə və göstərişlər alıb.
Tokio ilə qonşu İbaraki prefekturasının təxminən 80 min sakini üçün evakuasiya tövsiyələri qüvvədə qalır. Aviadaşıyıcıların məlumatına görə, pis hava şəraiti ilə əlaqədar 263 daxili reys təxirə salınıb. Yağan leysan yağışları dəmir yolu nəqliyyatının işində fasilələr yaradıb, paytaxtı qərbdəki Osaka şəhəri ilə birləşdirən "Tokaydo" sürətli dəmir yolu xəttində hərəkət tamamilə dayandırılıb.
Qasırğa elektrik xətlərinin sıradan çıxmasına səbəb olub, paytaxt ərazisində 3,8 min yaşayış binasını işıqsız qoyub.
Yapon meteoroloqlar əhaliyə leysan yağışlarının həftəsonu da davam edəcəyi və sürüşmə təhlükəsinin mövcudluğu ilə bağlı xəbərdarlıq edib.