Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəmkirdə ata qızını bıçaqladı, sonra intihar etdi

Şəmkirdə ata qızını bıçaqladı, sonra intihar etdi

Tarix: 3 Iyun 2023 11:46

Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini 1976-ci il təvəllüdlü A. Cəfərovanın bıçaq xəsarəti alaraq xəstəxanaya müraciət etməsi və Sərdar Cəfərovun yaşadığı evdə özünü asaraq intihar etməsi barədə məlumat daxil olub.

Bu barədə Milli.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Məlumata görə, dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində məlum olub, Sərdar Cəfərov ailə münaqişəsi zəminində qızı A.Cəfərovaya bıçaqla xəsarət yetirdikdən sonra intihar edib. Yaralının vəziyyəti normaldır, faktla bağlı araşdırmalar davam etdirilir. 

Milli.Az


Etiketlər:  Şəmkirdə ata qızını bıçaqladı sonra intihar etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ