Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2023 21:44
İngiltərə Kubokunun qalibi bəlli olub.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, həlledici görüşdə Mançester təmsilçiləri üz-üzə gəlib.
Londondakı "Uembli" stadionunda baş tutan görüşdə hesabı "Mançester Siti" açıb. Birinci dəqiqədə İlkay Gündoğan dəqiq zərbə ilə fərqlənib. "Yunayted" fasiləyədək tarazlığı bərpa etməyi bacarıb.
33-cü dəqiqədə Bruno Fernandes penalti zərbəsi ilə cavab qolunu vurub. Amma "şəhərlilər" yenidən önə çıxıb. 51-ci dəqiqədə Gündoğan dublunu rəsmiləşdirib. Bu qol matçın nəticəsini həll edib.
"Mançester Siti" - "Mançester Yunayted" - 2:1
Qollar: İlkay Gündoğan, 1; 51 - Bruno Fernandes 33
Qeyd edək ki, "Mançester Siti" tarixində yeddinci dəfə İngiltərə Kubokunun qalibi olub. Bu mövsüm İngiltərə Premyer Liqasını da qazanan "şəhərlilər" qızıl dubl edib. İyunun 10-da Xosep Qvardiolanın yetirmələri Çempionlar Liqasının finalında "İnter"lə qarşılaşacaq.