Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2023 13:56
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt ərazisində piyada keçidində baş vermiş ağır qəzanın görüntülərini yayıb.
NİİM-dən Sonxeber.net-a bildirilib ki, qaydaya əməl edib, piyada keçidindən istifadə edən piyadanı baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobil vurub.
Məlumata görə, hadisə bu ayın 2-də Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində qeydə alınıb.
"Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha sürücü və piyadaları yollarda diqqətli olmağa çağırır", - NİİM-dən bildirilib.