Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mehmet Şimşək lirəni xilas edə biləcək?

Mehmet Şimşək lirəni xilas edə biləcək?

Tarix: 5 Iyun 2023 18:12

Türkiyə iqtisadiyyatı digər ölkələr kimi pandemiyanın müəyyən çətinliklərinə məruz qaldı. Sonra isə post-pandemiya dövründən təsirlənən bir çox ölkə kimi Türkiyəni də inflyasiya bürüdü.

Bu sözləri axar.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Türkiyəyə yeni maliyyə naziri Mehmet Şimşəyin iqtisadiyyata hansı müsbət tendensiyaları gətirə biləcəyi haqda danışarkən deyib.

İqtisadçının sözlərinə görə, sözügedən dövr ərzində Türkiyədə inflyasiyanın qarşısını almaq istiqamətində heç bir institusional tədbirlər görülmədi:

"Üstəlik ÜDM-in 10%-nin formalaşdığı ərazilərdə dağıdıcı zəlzələlər baş verdi. Beləliklə, ölkə iqtisadiyyatı üst-üstə çox böyük çətinliklərlə üzləşdi. Bu gün yeni nazirin gəlməsiylə problemin aradan qalxacağını demək doğru olmaz. Burada institusional dəyərlərə riayət etməklə, adekvat alətlərdən istifadə etmək lazımdır. Bu gün o alətlərdən istifadə olunmazsa, yenə də iqtisadiyyatın inkişaf sisteminə zidd olan riskli prinsipal xarakterli addımlar atılmazsa, əlbəttə, qardaş Türkiyənin inflyasiyanın öhdəsindən gəlməsi asan olmaz.

Bir çox iqtisadçılar ölkədə ÜDM-in artacağı haqda yazırlar. Amma bu, iqtisadi inkişaf deyil. Sadəcə istehsal olunan əmtəənin həcmini göstərir. Bir sözlə, burada insan yox, sistem faktoru əsas rol oynayacaq".

Qeyd edək ki, iyunun 3-ü vəzifəyə təyin edilən Mehmet Şimşək maliyyə naziri olaraq ilk açıqlamasında inflyasiyayla rasional əsaslarla mübarizə aparılacağını deyib.

Ölkədə lirənin ucuzlaşması prosesi isə davam edir.

Milli.Az


Etiketlər:  Mehmet Şimşək lirəni xilas edə biləcək


RƏYLƏR