Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Güclü külək və sel bəzi bölgələrdə fəsadlar yaradıb - VİDEO

Güclü külək və sel bəzi bölgələrdə fəsadlar yaradıb - VİDEO

Tarix: 5 Iyun 2023 20:00

Qərb bölgəsində  müşahidə olunan  güclü külək  Qazax rayonunda  bir neçə  irigövdəli  ağacları aşıraraq  yolları keçilməz edib.

Güclü külək rayonun Heydər Əliyev prospekti  boyunca yolun hərəkət istiqamətində iri gövdəli  ağacları kökündən çıxarıb.

Ağstafa rayonunda isə leysan Köcəsgər  kəndində 26 evi su altında qoyub.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,kəndin Kotan dağı istiqamətində "Bostan dərəsi" adlanan ərazidən yaşayış məntəqəsinə axan sel suları kəndin yolları ilə yanaşı, təsərüfatlara da ciddi zərər vurub.

Sel sularının dağıtdığı kənddə sakinlər evlərindən çıxa bilmirlər.

Kəndin bəzi sakinləri 3 ay ərzində evlərinə 3 dəfə  sel suları dolduğunu bildirirlər.

Qazax rayonunun ikinci böyük kəndi olan Köcəsgərdə təbii fəlakətin ziyan vurduğu evlərə rayon Fövqəladə hallar komissiyasının əməkdaşları da baxış keçiriblər.

Dünən axşam Oğuz rayonunda şiddətli külək nəticəsində isə Calud kəndi ərazisində diametri 80 sm- dən böyük Qovaq ağaçı magistral yola aşıb. Uzunluğu 13-14 metrədək olan ağacın aşması nəticəsində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 118-ci kilometri bağlanıb. Əraziyə Oğuz rayon 11 nömrəli yol istismarı MMC-nin texnikaları və canlı qüvvəsi cəlb olunub. Görülən işlərdən sonra yolda hərəkət  tam bərpa olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Güclü külək sel bəzi bölgələrdə fəsadlar yaradıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ