Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şeron Stoun övladlığa götürdüyü oğlunu göstərdi - FOTO

Şeron Stoun övladlığa götürdüyü oğlunu göstərdi - FOTO

Tarix: 6 Iyun 2023 05:05

Aktrisa Şeron Stoun məhkəmədə uğrunda mübarizə apararaq övladlığa götürdüyü oğlunun nadir fotosunu sosial şəbəkələrdə nümayiş etdirib.

O, Roan Cozefi ad günü münasibətilə təbrik edib.

"23! Yaxşı görünürsən", - deyə sənətçi yazıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qeyd edək ki, Şeron Stoun 2000-ci ildə jurnalist Fil Bronşteynlə bir oğlan uşağını övladlığa götürüb. 2003-cü ildə aktrisanın əri boşanmaq üçün məhkəməyə müraciət edib və sonda məhkəmə uşağın qəyyumluğunu ataya verib. Lakin kino ulduzu bi qərarla razılaşmayaraq sonda istəyinə nail olub.

Xatırladaq ki, Stounun Lerd və Kuin adlı övladlığa götürdüyü daha iki oğlu var və məşhur Roan da daxil olmaqla üç uşaqla bir evdə yaşayır.

Şeron Stounun sözlərinə görə, oğlanlar onun həyatına məna qatıblar və ana onlar üçün hər şeyə hazırdır.

Milli.Az


Etiketlər:  Şeron Stoun övladlığa götürdüyü oğlunu göstərdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ