Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aygün Kazımova Tolikin doğum gününə DAMĞA VURDU - VİDEO

Aygün Kazımova Tolikin doğum gününə DAMĞA VURDU - VİDEO

Tarix: 6 Iyun 2023 14:30

Ötən gün prodüser və aparıcı Tarix Əliyev paytaxtın dəbdəbəli restoranlarının birində  özünə təmtəraqlı doğum günü məclisi keçirib. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, 44 yaşına qədəm qoyan televiziya ulduzunun özəl gecəsinə şou əhli axın edib. 

Məclisi ürək sözləri ilə açan Tolik bacısını səhnəyə dəvət edib. Bu vaxt isə həm özü, həm də bacısı kövrələrək, göz yaşlarına qərq olublar. 

Gecə boyunca müğənnilər bir-bir səhnəyə çıxaraq prodüseri təbrik edib, ifaları ilə ad gününə rəng qatıb, qonaqları əyləndiriblər.  

Daha sonra məşhur aparıcılar Afaq Gəncəli və Şəhriyar Əbilov gecənin əsas və özəl qonağı Xalq artisti Aygün Kazımovanı səhnəyə dəvət ediblər. 

Pop diva səhnəyə çıxan kimi qonaqların əksəriyyəti ayağa qalxaraq, Kazımovanın yanına can atıblar. Elə əsl şou bundan sonra başlayıb. 

Toliki bağrına basıb, təbrik edən Kazımova səhnədən enərək qonaqlar tərəfə istiqamətlənib. Bu anda isə estrada ulduzunun həmkarları Aygünü daha da yaxından görüb şəkil çəkdirmək üçün bir-bir sıraya düzülüblər. Kazımova isə heç bir sənət dostuna diqqətsiz yanaşmayıb və hamı ilə fotolar çəkdirib. 

Lakin sosial şəbəkədə paylaşılan həmin anlar izləyicilər tərəfindən xoş qarşılanmayıb. Onlar qonaqların bu addımının doğru olmadığı və Aygünə ifa etməyə imkan vermədiklərini bildiriblər: 

"Aygünü hamı sevir, çünki heç vaxt görməmiş biri olmayıb. Heç zaman nə yediyini, hara getdiyini göstərməyən tək sənətçilərdəndir. Sonradan görənlər baxıb ibrət götürsünlər. Əsl ulduz belə olmalıdır. Örnək götürün", "Kənar yerdə özünü dartanlar burada necə Aygünün ətrafında fırlanır. Bəli, Aygün olan yerdə sizin adınız çəkilməz", "Heç kimlə söz-söhbəti yox, çəkilib sənəti ilə məşğul olub, zirvəni fəth edən Aygün Kazımova. Yaşayan canlı əfsanə". 

Milli.Az


Etiketlər:  Aygün Kazımova Tolikin doğum gününə DAMĞA VURDU VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ