Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toy gecəsi FACİƏ: Bəylə gəlinin yataq otağında meyitləri tapıldı

Toy gecəsi FACİƏ: Bəylə gəlinin yataq otağında meyitləri tapıldı

Tarix: 7 Iyun 2023 00:12

Hindistanda gənc evli cütlük ürək tutmasından dünyasını dəyişib. 

Milli.Az lent.az-a istinadən bildirir ki,bu, onların toyundan dərhal sonra baş verib. 

Mərasimdən sonra 22 yaşlı Pratap Yadav və onun 20 yaşlı həyat yoldaşı Puşpa öz otağına çəkilmək qərarına gəlsələr də, səhər qohumları onları ölü tapıblar. Yeni evlənənlərin meyitləri yataq otağında tapılıb.

Məhkəmə-tibbi ekspertiza iki gəncin ölümünə səbəbin ürək dayanması olduğunu müəyyən edib. Daha sonra bu qənaəti polis də təsdiqləyib, polis bunu bədbəxt hadisə hesab edərək cinayət işi başlatmayıb. Mütəxəssislər, ər-arvadda infarktın otaqda yüksək temperatur və havasızlıqdan qaynaqlana biləcəyini irəli sürüblər.

Milli.Az


Etiketlər:  Toy gecəsi FACİƏ Bəylə gəlinin yataq otağında meyitləri tapıldı


RƏYLƏR