Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“15 yaşlı qızlara icazə verməliyik ki, istəklərinin arxasınca getsinlər” - VİDEO

“15 yaşlı qızlara icazə verməliyik ki, istəklərinin arxasınca getsinlər” - VİDEO

Tarix: 7 Iyun 2023 12:10

"Gələcək nəsilləri bəyəndiyimiz formada görmək istəyiriksə, 15-16, 20 yaşlı qızlara icazə verməliyik ki, öz istəklərinin arxasınca getsinlər". 

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu fikirləri "Söz.az"ın "Söz-söhbət" layihəsində reper Orxan Zeynallı (AİD) səsləndirib.  Sənətçi treklərində nə üçün qadın hüquqlarını daha çox müdafiə etməsininin səbəbindən danışıb:

"Qızlara icazə verməliyik ki, sevgi, təhsil nədir bilsinlər. Bu həyata başqa cür baxmağı bacarsınlar. Çünki oğlanlara verilən azadlıq bizi toplum olaraq heç yerə gətirib çıxarmayıb. Yoxlamaq lazımdır ki, görək, qızlara azadlıq versək, necə olar. Mən cəmiyyətin yox, öz dərdimi çəkirəm. Sadəcə bu cəmiyyətin bir parçasıyam deyə ona təsir göstərir". 


Etiketlər:  yaşlı qızlara icazə verməliyik istəklərinin arxasınca getsinlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ