Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2023 14:32
Türkiyənin ölkədaxili neft istehsalı son 32 ildə rekord göstəriciyə, 70 min 76 barrelə çatıb.
Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə ölkənin "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkəti öz rəsmi twitter hesabında bildirib.
"Enerji sahəsində müstəqil Türkiyə üçün 2023-cü ilin sonunda hədəfimiz 90 min barrel neft istehsal etməkdir", - deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.