Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhəddə tanınmış mollanı bıçaqladılar

Məşhəddə tanınmış mollanı bıçaqladılar

Tarix: 7 Iyun 2023 19:56

İranın Məşhəd şəhərində Seyid Hüseyn Abuzəri adlı mollaya sui-qəsd cəhdi edilib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Hadisə şəhərin Haşimiyyə küçəsində soyuq silahla baş verib. Ağır yaralanan molla xəstəxanaya köçürülüb.

Sosial media istifadəçiləri mollanın gənclərin geyim tərzinə irad bildirdiyi və onları təhqir etdiyi üçün cəzalandırıldığını yazıblar.

Məşhədin tanınmış dini təbliğatçılardan olan Seyid Hüseyn Abuzəri davamlı olaraq dini ayinləri yerinə yetirməyənləri təhqir etməsi ilə tanınır.

Qeyd edək ki, son vaxtlar İranda mollalara qarşı hücumların artması keçmiş təhlükəsizlik və kəşfiyyat naziri Əli Fəllahiyanı da qorxuya salıb. O, bunun qarşısının alınması üçün din xadimlərini əlbəyaxa döyüş növlərini öyrənməyə çağırıb.

Milli.Az


Etiketlər:  Məşhəddə tanınmış mollanı bıçaqladılar


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ