Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2023 23:24
ARB telekanalında yayımlanan "Səni axtarıram" proqramında hər kəsi təəccübləndirən hadisə yaşanıb.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, Elşən adlı bəy 27 il əvvəl itkin düşən bacısı Azadə Mirzəyevanın tapılması üçün verilişə müraciət edib.
Proqramda Elşən əslində bəy deyil, xanım olduğunu, adının isə Gülər olduğunu deyərək hər kəsi təəccübləndirib.
Bacısı Azadə itkin düşəndən sonra Gülərin həyatı məhv olub. O, kişi paltarı geyinərək küçələrdə bacısı Azadəni axtarmağa başlayıb. Parklarda yatıb, küçələrdə gecələməli olub.
Veriliş zamanı Gülər, "Heç kim mənə kəm gözlə baxmasın, namusum tapdalanmasın deyə oğlan libası geyinib kişi işləri görürəm", - sözlərini söyləyib.
O, bacısının itkin düşməsində isə ögey bacısı Cəmiləni ittiham edir. Gülər bacısı Azadə geri qayıdarsa, qız libası geyinib onu qarşılayacağını deyib.