Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hindistanda filmə çəkilən Şəhriyar: “Qonorarımı "güc-bəla" ilə aldım” - VİDEO

Hindistanda filmə çəkilən Şəhriyar: “Qonorarımı

Tarix: 10 Iyun 2023 17:15

Xəbər verdiyimiz kimi, bir neçə həftə əvvəl aktyor və aparıcı Şəhriyar Əbilov Hindistanda "Bollywood"da filmə çəkilib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sözügedən ekran işində "Ruslan" adlı iş adamını canlandıran televiziya ulduzu qonaq olduğu "Xəzər axşamı" verilişində filmdən aldığı qonorardan danışıb.

Ş.Əbilov bildirib ki, qonorarını dollar əskinasları ilə alıb: 

"Hindistanlılar Azərbaycanda olan gözəl mənzərədən istifadə edib gəlib filmlərini burada çəkirlər. Bizim aktyorlarımızı da həmin filmlərə çəkirlər. Amma Azərbaycan tarixində ilk dəfədir ki, onlar məni "Bollywood"a dəvət etdilər və filmdə rol aldım. Azərbaycanlı iş adamını canlandırırdım. İngilis dilində səhnələrim var idi.

Yaxın günlərdə sözügedən film "Netflix" platformasında yayımlanacaq. Düzdür, hindistanlılardan pul almaq çox çətin məsələdir. Buradan Hindistana gedənə qədər prodüser demişdi ki, pulunu al, sonra filmə çəkil. Çəkilib bitəndən sonra "güc-bəla" ilə onlardan pulumu aldım. Dedilər ki, siz bu gün çıxıb gedirsiniz, bu da sizin qonorarınız. Qonorarımı onların pul vahidi rupi ilə deyil, dollarla aldım". 

Milli.Az


Etiketlər:  Hindistanda filmə çəkilən Şəhriyar Qonorarımı güc bəla ilə aldım VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ