Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2019 10:21
Bakı. Trend:
Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan şəhərindəki Regional qrupundan Trend-ə verilən məlumata görə, Sabirabad rayonu Qarağac kənd sakini Elsevər Nəsirov qanunsuz olaraq odlu silah saxlamaqda şübəli bilindiyi üçün Hacıqabul rayonu ərazisində saxlanılıb. Ona məxsus avtomobildən 1ədəd “İJ-52” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin