Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2023 22:00
Bu gün daha bir "Sağlam məhəllə" idman zonası "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovun doğulub boya-başa çatdığı Zaqatalada istifadəyə verilib.
Sonxeber.net bizim media-ya istinadla xəbər verir ki, burada minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib.
Açılışda gənclər və idman naziri Fərid Qayıbov, "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov, Zaqatala Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.
Yeni məhəllənin açılışı münasibəti ilə Qurban Qurbanov təəssüratlarını Bizim.Media-nın əməkdaşı ilə bölüşüb:
"Bu həyəti görəndə öz uşaqlığım yadıma düşdü. Əfsuslar olsun ki, bizim dövrdə belə şərait yox idi. Həyətdə sadəcə daşlı-kəsəkli, tozlu boş sahələr vardı. Orda biz həmişə idman edirdik, dayanmadan, yorulmadan. Bu həyəti görəndə çox sevindim. Uşaqlar və gənclər üçün belə bir şərait yaradılıb.
Bu yaxşıdır ki, uşaqları, gəncləri idmana gəlb edirlər. Bunun üçün də onlar bu fürsətdən yararlanıb özləri üzərində işləməlidirlər ki, gələcəyin idmançısı olsunlar".
Daha sonra "Ocaq Sport" klubunun gimnastları, Zaqatalanın qızlardan ibarət futbol və basketbol komandalarının idmançıları uşaqlara master-klass keçib, müxtəlif idman hərəkətləri öyrədiblər.