Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyanın daxili işlər naziri qaçqınlara qarşı daha sərt münasibətin tərəfdarıdır

Almaniyanın daxili işlər naziri qaçqınlara qarşı daha sərt münasibətin tərəfdarıdır

Tarix: 10 Iyun 2023 23:26

Almaniyanın daxili işlər naziri Nensi Feser Avropa İttifaqı (Aİ) daxilində stasionar sərhəd nəzarətinin tətbiqinə qarşı çıxıb və Almaniyadakı qaçqınların sayının tezliklə azalacağına ümid etdiyini bildirib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, o, bu fikrini "Bild am Sonntag" qəzetinə verdiyi müsahibəsində bildirib.

"Mən Avropa Birliyinin ürəyini - açıq daxili sərhədləri qorumaq istəyirəm. Maneələrin bərpası bizi onilliklər geriyə aparardı. Bu, iqtisadiyyatımıza və ailələrə böyük ziyan vuracaq"-deyə, o vurğulayıb.

Eyni zamanda, nazir ittifaq ölkələri arasında Aİ-də qalmaq perspektivi olmayan qaçqınlara qarşı daha sərt münasibəti nəzərdə tutan razılaşmanın tərəfdarı olduğunu bildirib.


Etiketlər:  Almaniyanın daxili işlər naziri qaçqınlara qarşı daha sərt münasibətin tərəfdarıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ