Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2019 10:36
Millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqib Uels yığması itki ilə üzləşib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərəgörə, "Çarlton"da çıxış edən Conni Uilyams "Derbi" üzərində matçın ilk hissəsində zədələnib. 26 yaşlı yarımmüdafiəçinin artıq əməliyyat olunduğu bildirilib. Onun ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacağı vurğulanıb. Bu isə o deməkdir ki, Uilyams millimizlə görüşü buraxacaq.
Qeyd edək ki, noyabrın 16-da Bakıda Azərbaycanın qonağı olacaq Uels bundan üç gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.