Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimizə qarşı oynamayacaq - Uels yığmasında itki

Millimizə qarşı oynamayacaq - Uels yığmasında itki

Tarix: 24 Oktyabr 2019 10:36

Millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqib Uels yığması itki ilə üzləşib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərəgörə, "Çarlton"da çıxış edən Conni Uilyams "Derbi" üzərində matçın ilk hissəsində zədələnib. 26 yaşlı yarımmüdafiəçinin artıq əməliyyat olunduğu bildirilib. Onun ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacağı vurğulanıb. Bu isə o deməkdir ki, Uilyams millimizlə görüşü buraxacaq.

Qeyd edək ki, noyabrın 16-da Bakıda Azərbaycanın qonağı olacaq Uels bundan üç gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.

 


Etiketlər:  Millimizə qarşı oynamayacaq Uels yığmasında itki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ