Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sinan Oğan da Azərbaycana GƏLİR

Sinan Oğan da Azərbaycana GƏLİR

Tarix: 12 Iyun 2023 13:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 13-də Azərbaycana səfərində Sinan Oğan da iştirak edəcək.

Milli.Az xəbər verir ki, Oğanın Bakıda Türkiyə və Azərbaycan nümayəndə heyətləri arasında keçiriləcək görüşdə iştirakı gözlənilir.

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu gün seçkidən sonra ilk səfərini Şimali Kipr Türk Cümhuriyyətinə edir. Ərdoğan ŞKTC-nin Prezidenti Ersin Tatarla görüşəcək, Türkiyənin Kipr problemi və Şərqi Aralıq dənizindəki yol xəritəsi ilə bağlı mesajlar verəcək.

"İyunun 13-də isə Türkiyə Prezidenti Azərbaycana gələcək. Prezident Ərdoğan və həmkarı İlham Əliyev Ankara-Bakı xəttində əməkdaşlığın artırılması, Qafqazda sülh və sabitlik məsələlərini müzakirə edəcəklər. Prezident Ərdoğanın Azərbaycana səfərini Sinan Oğan da müşayiət edəcək. Oğanın iki ölkə arasında nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdə iştirakı gözlənilir", - deyə "Yeni Şafak" yazır.

Azər
Milli.Az


Etiketlər:  Sinan Oğan da Azərbaycana GƏLİR


RƏYLƏR