Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Kurtlar Vadisi”nin məşhur aktyorundan kədərli xəbər - FOTO

“Kurtlar Vadisi”nin məşhur aktyorundan kədərli xəbər - FOTO

Tarix: 12 Iyun 2023 15:54

Türkiyənin məşhur aktyoru Şekip Taşpınar Muğla Sıtkı Koçman Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı Özdemir Taşpınar özünün sosial şəbəkə hesabından xəbər verib.

O, pərəstişkarlardan dua etmələrini istəyib.

Mediada yayılan məlumata görə, aktyorun xəstəxanaya düşməsinə səbəb spirtli içkidən zəhərlənməsi olub.

Qeyd edək ki, Şekip Taşpınar "Beyaz Gelincik", "Behzat Ç.", "Karadayı", "Cesur Yürek", "Arıza" kimi məşhur seriallarda öz imzasını qoya bilib. Ancaq aktyoru şöhrətin zirvəsinə qaldıran rolu bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da məşhur olan "Kurtlar Vadisi Pusu" serialında "Halo" və "Yıldırım"ı öldürən "Kibritçi Cevat" obrazı olub.

Milli.Az


Etiketlər:  Kurtlar Vadisinin məşhur aktyorundan kədərli xəbər FOTO


RƏYLƏR