Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meyvezerin döyüşü kütləvi dava ilə başa çatdı - VİDEO

Meyvezerin döyüşü kütləvi dava ilə başa çatdı - VİDEO

Tarix: 12 Iyun 2023 17:58

Əfsanəvi Floyd Meyvezerin növbəti döyüşü qalmaqalla başa çatıb. 

Sonxeber.net lent.az-a istinadən bildirir ki, boks üzrə məğlubedilməz keçmiş dünya çempionu nyu-yorklu qanqster Con Qottun nəvəsi Con Qotti III ilə rinqdə görüşüb.

Qeyd edək ki, Amerikanın Sanrayqe şəhərində (Florida ştatı) FLA Live Arenada baş tutan döyüş Meyvezerin tam üstünlüyü ilə keçib. O, rinqdə praktiki olaraq uğur qazana bilməyən rəqibə dərhal təzyiq göstərməyə başlayıb. Qotti praktiki olaraq müdafiədən çıxmayıb və klinçdə özünü xilas etməyə çalışıb, amma yenə də çoxlu zərbələr buraxıb.

Uduzduğunu anlayan Con Floyda irad bildirmək üçün hakimə müraciət edib, çünki o, onun sözlərinə görə, başının arxasına zərbə endirib. Lakin hakim buna məhəl qoymayıb. Dördüncü raundda boksçular arasında rinqdə emosiyaları daha da artıran söhbət olub.

Altıncı raundda Qotti tərəfindən mütəmadi qayda pozuntusuna yol verdiyi üçün hakim mübarizəni dayandırıb və onu diskvalifikasiya edib. Bu qərardan qəzəblənən Qotti Meyvezerə hücum edib. Nəticədə rinqdə kütləvi dava başlayıb.

Dava videonun 22-ci dəqiqəsində başlayıb.


Etiketlər:  Meyvezerin döyüşü kütləvi dava ilə başa çatdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ