Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yalı çapkını” serialı bu məşhurun həyatı imiş

“Yalı çapkını” serialı bu məşhurun həyatı imiş

Tarix: 12 Iyun 2023 18:25

Yazıçı və psixiatr Gülseren Budayıcıoğlu tərəfindən qələmə alınan "Yalı çapkını" serialının kimin həyatı olduğu xüsusi maraq doğurub.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, məşhur müğənni Safiye Soymanın həyatı serialın hekayəsinə bənzədilib.

Müğənni həyatı ilə bağlı açıqlamalar verib:

"13 yaşım olanda evlənmişəm... Bacımı istəməyə gəldilər. Bacımın nişanlı olduğunu öyrənəndən sonra mənə yönəldilər. Atam,- "Qız deyəcəklərinə, gəlin desinlər",- dedi. Məcbur evləndirildim".

Ərinin qumar düşkünü olduğunu bildirən müğənni, çətin şəraitdə apardığı mübarizədən də danışıb:

"Ərim mənə dedi ki, sən hazır çörək yeyən insansan. Yaxşı ki, deyib. Bu sözə görə daha da hirsləndim, iddialı oldum. Orta məktəbə qəbul olmaq üçün imtahanlara gedirdim. Uşaqları qapıçıya tapşırırdım. Orta məktəbi bitirdim, sonra diplom aldım. Sonra iş üçün imtahan verdim və dövlət qulluqçusu oldum".

Milli.Az


Etiketlər:  Yalı çapkını serialı məşhurun həyatı imiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ