Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2023 19:48
Paşinyan Soçidə keçirilən III Avrasiya Konqresində ölkənin iqtisadi nəticələri barədə fəxrlə danışdı, İrəvana qayıdanda isə birdən-birə antirusiya ritorikasına keçdi. Bu nə ikili standartlardır, axı?
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın "Sosial ədalət naminə" partiyasının sədri Arman Qukasyan deyib.
"Bu cür davranış beynəlxalq aləmdə Ermənistanın niyyətlərinin səmimiliyinə şübhələr yaradır. Əgər İrəvan həqiqətən də Aİİ-nin bu gün bizə verdiyi imkanları itirmək istəmirsə, o zaman niyə ölkə daxilində əlaqələrin zəiflədilməsi kursu var? Nikol başa düşməlidir ki, Ermənistanın KTMT-dən çıxması və xarici siyasətə yenidən baxması ölkə üçün ən mənfi nəticələrə səbəb ola bilər. Bu addımlar ölkənin Aİİ-də iştirak vasitəsilə reallaşdırmağa başladığı nəhəng iqtisadi faydaları zəiflədər. Qısamüddətli siyasətin nəticələri barədə düşünməyin vaxtıdır. Paşinyan qərar verməlidir: ya Aİİ çərçivəsində əməkdaşlıq edib birgə rifaha nail olmaq, ya da dünya ictimaiyyəti qarşısında fəxr etdiyi üstünlükləri itirmək riski", - o bildirib.