Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alimlər 20 yaşa kimi korluqla nəticələnən xəstəliyi müəyyən etməyin yolunu öyrəndilər

Alimlər 20 yaşa kimi korluqla nəticələnən xəstəliyi müəyyən etməyin yolunu öyrəndilər

Tarix: 13 Iyun 2023 16:06

Həkimlər irsi tor qişa xəstəliklərinin avtomatik diaqnostikası üçün sistem hazırlayıblar.

Bu barədə Avropa İnsan Genetikası Cəmiyyəti məlumat yayıb.

Belə ki, elm adamları tor qişanın skanları vasitəsilə bu cür xəstəliklərin genetik səbəblərini müəyyən etməyə qadir olan və "Eye2Gene" adlanan süni intellekt sistemi yaradıblar.

Qeyd edilir ki, irsi torlu qişa xəstəlikləri 20 yaşa qədər xəstələrin 20%-də görmənin tam və qismən məhdudlaşmasına səbəb olan nasazlıqlar qrupudur. Nadir xəstəlik olduğundan onların diaqnozu çox çətindir. Ümumiyyətlə bu xəstəliyi müəyyən etmək üçün dar ixtisas həkimi tələb olunur.

"Tor qişanın skanında törədici genin müəyyən edilməsi hətta mütəxəssislər üçün də olduqca çətin məsələ hesab olunur. Bununla belə, süni intellekt bunu əksər insan ekspertlərindən daha yüksək dəqiqliklə edə bilər", - deyə alimlər bildiriblər.

Buna nail olmaq üçün müəlliflər neyron şəbəkəyə DNT analizi ilə diaqnozu təsdiqlənmiş insanların tor qişasının 4000 təsvirindən istifadə edərək alqoritm öyrədiblər.

Təcrübə zamanı neyro şəbəkə zədələnmiş genlərlə retinal pozğunluğun növü arasında statistik əlaqə qura bilib.

Proqram, diaqnozu genetik üsullarla təsdiqlənmiş 130 xəstə üzərində sınaqdan keçirilib və onun köməyi ilə diaqnozun dəqiqliyi alternativ qeyri-genetik üsullarla müqayisədə 70% yüksək olub.

Milli.Az


Etiketlər:  Alimlər 20 yaşa kimi korluqla nəticələnən xəstəliyi müəyyən etməyin yolunu öyrəndilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ