Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

D vitamini çatışmazlığı Yaponiyada ciddi problemə çevrilir

D vitamini çatışmazlığı Yaponiyada ciddi problemə çevrilir

Tarix: 13 Iyun 2023 20:34

Dzikey Universitetinin Tibb Məktəbinin son araşdırmasına əsasən, testdən keçən Tokio sakinlərinin 98%-də D vitamini çatışmazlığı aşkar edilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, D vitamini bədənə kalsium və digər mineralları düzgün şəkildə mənimsəməyə kömək edir və sümükləri möhkəmləndirir. O, bədənə üç yolla daxil olur: günəş işığına məruz qalma, yağlı balıq kimi heyvan mənşəli məhsulların və göbələk kimi bitki mənşəli qidaların qəbulu ilə.

Yapon mətbəxində əhəmiyyətli miqdarda D vitamini olan qidaların çeşidi kifayət qədər geniş yayılıb. Bunlar qızılbalıq, skumbriya və tuna balığı, həmçinin şiitake kimi göbələklərdir.

Bununla belə, 5500 yetkin kişi və qadının qan testləri D vitamini səviyyəsinin tövsiyə olunandan aşağı olduğunu sübut edib.

Çatışmazlığa gənclərdə daha çox rast gəlinir ki, bu da pəhrizin dəbə düşməsilə bağlıdır


Etiketlər:  vitamini çatışmazlığı Yaponiyada ciddi problemə çevrilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ