Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bulvarda “Ayselini axtaran” şəxs Psixiatriya Xəstəxanasına salındı - VİDEO

Bulvarda “Ayselini axtaran” şəxs Psixiatriya Xəstəxanasına salındı - VİDEO

Tarix: 13 Iyun 2023 20:50

Sosial şəbəkələrdə gənc oğlanın "Ayselim" deyərək qışqırması ilə bağlı görüntülər yayılıb.

Milli.Az Gundem.az-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Parkda qışqıraraq kənddən Aysel adlı sevdiyi qızı axtardığına görə gəldiyini deyib və xoşagəlməz ifadələr səsləndirib. Bu da ətrafdakı insanların narazılığına səbəb olub. 

Məsələ ilə bağlı Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, onlara həmin şəxslə bağlı vətəndaş müraciətləri daxil olub. Belə ki, psixoloji problemləri olan 1997-ci il təvəllüdlü M.Abbasov 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Milli.Az


Etiketlər:  Bulvarda Ayselini axtaran şəxs Psixiatriya Xəstəxanasına salındı VİDEO


RƏYLƏR