Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xərçəng xəstələri necə qidalanmalıdır? - Dietoloqdan MƏSLƏHƏT

Xərçəng xəstələri necə qidalanmalıdır? - Dietoloqdan MƏSLƏHƏT

Tarix: 13 Iyun 2023 23:54

Dünyada tibb sahəsi inkişaf etməsinə baxmayaraq, xərçəng xəstəliyinin dərmanı tapılmamaqdadır. Bəzi insanlar sağala bilsə də, çox insan bu ağır xəstəliyə qalib gələ bilmir. 

Eyni zamanda, bu xəstəliyə tutulanlar yedikləri qidaya da fikir verməlidirlər. 

Bəs, xərçəng xəstələri necə qidalanmalıdır?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan dietoloq Turanə Nəsibova bildirdi ki, xərçəng xəstələri üçün, hər şəxs üçün menyu individual yazılır.

Onun sözlərinə görə, hər xərçəngin başqa-başqa menyusu var:

"Məsələn boğazında limfa düyünləri olan xərçəndən əziyyət çəkən xəstəm var. Onun üçün mən xüsusi bir menyu hazırlamışam, hansı ki, o menyu da xüsusi duzdan, ağ undan, siqaret və alkoldan imtina etmək var. Günəş şüalarından mütləq qorunmalıdır. Bunu isə SPF vasitəsilə edə bilər. Tam qırmızı ətdən imtina etməlidir. Bunu balıqla əvəz edə bilər. Çiy bişmiş qidalardan imtina etməlidir. Lavanda, yasəmən, çobanyastığı, zəncəfil yağı sırf boğazdakı limfa düyünlərindəki xərçəngi məhv edir. Mütləq laktozasız süd qəbul etməlidir. Yenə kolbasa və sosis əsla olmaz. Çiy və hisə verilmiş məhsullar əsla olmaz. Konservləşdirilmiş məhsullar, yəni ki, ət və meyvə-tərəvəz məhsulları əsla olmaz. Yuyulmamış meyvə və tərəvəzlərdən uzaq durmaq lazımdır. Çiyələyi və göyərtini mütləq sirkəli və sodalı suda yumalıdırlar. Çox qaynar və yaxud da çox soyuq qidalar qəbul etməməlidirlər. Boğazında limfadan əziyyət çəkən xərçəng xəstələri üçün hər şey otaq temperaturunda olmalıdır. Fast-food yeməklərindən imtina eləmədilər. Ədviyyatlardan, istiot allergiya verən digər ədviyyatlar, qazlı içkilər olmaz. Bişməmiş və yarım bişmiş meyvə tərəvəzlərdən imtina etmək lazımdır".

Dietoloq döş xərçəngindən əziyyət çəkən xəstələrin də yeməli olacağı qidaları qeyd etdi:

"Döş xərçəngi olan hər bir xəstəyə menyu individual yazılır. Döş xərçəngindən əziyyət çəkən və artıq kimyaterapiya qəbul edən xanımlara mən bunu məsləhət görürəm: Balqabaq tumunu mütləq qəbul eləməlidirlər, hər gün evdə hazırlanmış smuzilər içməlidirlər. Yağlığı yüksək olan balıq yeməlidir. Bütün qidaları qlütensiz qəbul eləməlidirlər. Daha çox brokili şorbası, brokili məhsulları ilə qidalanmalıdırlar. Badam mütləq səhər yeməyinin yanında olmalıdır. Avakado, yulaf əzməsindən səhər yeməkləri yeməlidirlər. Bu kimyaterapiya qəbul edən və döş xərçəngindən əziyyət çəkən xanımlarımız üçündür. Biz bilirik ki, onların saçlarında güclü tökülmələr olduğu üçün artıq bundan istifadə eləmədilər. Mən həmin o xəstələrim üçün digər bəzi maddələr var, hansı ki, biz hazırlayırıq, onlar saçlarına vururlar və saç gətirir. Təbii ki, bu, peşə sirridir. Gün şüalarından yenə döş xərçəngindən əziyyət çəkənlər də qorunmalıdırlar. Onlar SPF-dən istifadə etməlidir. Amma kölgədə gəzsələr daha yaxşıdır və yaxud da gündə bir saat mütləq həmin o şəxslər təmiz havada, dəniz kənarında hava qəbul eləməlidir, mütləq oksigen almalıdırlar. Çünki ətraf-mühitin çirkablığından özlərini maksimum dərəcədə qorumalıdırlar".

Milli.Az


Etiketlər:  Xərçəng xəstələri necə qidalanmalıdır Dietoloqdan MƏSLƏHƏT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ