Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Evdə 80 faiz onun dedikləri olurdu" - Xalq artisti

Tarix: 14 Iyun 2023 08:30

Xalq artisti Səkinə İsmayılova "Göstərir radio" proqramında qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi verilişdə kişi və qadın münasibətlərindən danışıb:

"44 illik ailə həyatım olub. Həyat yoldaşım 1 ildən çoxdur dünyasını dəyişib. Doğulduğum və böyüdüyüm sovet məhələsindəki kimi mümkün olanlar və olmazlar var idi. Bu ailədə də belədir. Əsas o idi ki, mənim sənətimə mane olmasın. Amma evdə 80 faiz onun dedikləri olurdu. Ailəli xanımlar bunu çox gözəl bilir. Əgər söz-söhbətin olmasını istəmirsənsə, deməlisən ki, sən deyəndir. Həmin anda hiss etsən ki, münaqişə olacaq, güzəştə getməlisən".

Milli.Az


Etiketlər:  Evdə 80 faiz onun dedikləri olurdu Xalq artisti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ