Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Apreldə Türkiyə limanlarının qəbul etdiyi yüklərin həcmi açıqlanıb

Apreldə Türkiyə limanlarının qəbul etdiyi yüklərin həcmi açıqlanıb

Tarix: 14 Iyun 2023 13:52

2023-cü ilin may ayında Türkiyə limanları 35 milyon 489 min 337 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 574 min 720 ton təşkil edib.

"Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 32 milyon 914 min 614 ton olub", - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin may ayında Türkiyə limanlarından 5 milyon 496 min 794 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanları 160 milyon 766 min 21 ton yük qəbul edib.

"2023-cü ilin yanvar-may aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 11 milyon 440 min 507 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 149 milyon 325 min 514 ton təşkil edib", - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanlarından 28 milyon 934 min 777 ton transit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ildə Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul edib.

Bu dövrdə, Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 28 milyon 443 min 135 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 365 milyon 646 min 886 ton təşkil edib.

2022-ci ildə Türkiyə limanlarından 81 milyon 18 min 986 ton transit yük daşınıb.

Milli.Az


Etiketlər:  Apreldə Türkiyə limanlarının qəbul etdiyi yüklərin həcmi açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ