Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güclü yağışlar bir sıra ərazilərdə fəsadlara səbəb olub - VİDEO - FOTO

Güclü yağışlar bir sıra ərazilərdə fəsadlara səbəb olub - VİDEO - FOTO

Tarix: 14 Iyun 2023 14:10

Əvvəlcədən xəbərdarlıq edildiyi kimi, ötən gündən başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə intensiv yağıntılar müşahidə olunub.

Bu barədə Milli.Az-a FHN-dən məlumat verilib.

Güclü yağışlar bir sıra ərazilərdə fəsadlara səbəb olub.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağıntılarla əlaqədar Göygöl rayonunun Xaqani kəndində və Gəncə şəhərinin Yeni Gəncə və Sadıllı qəsəbələrində bir sıra fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması, həmçinin Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin artması ilə ətraf ərazilərə təhlükə yaranması barədə məlumatlar daxil olub.

Bununla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazilərə cəlb olunub, müvafiq qurumlar məlumatlandırılıb.

Gecə saatlarında görülmüş operativ tədbirlərlə Göygöl rayonunun Xaqani kəndində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilib, digər istiqamətlərdə isə suçəkmə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir. Həmçinin, Yeni Gəncə qəsəbəsində subasma ilə əlaqədar köməksiz vəziyyətdə qalmış vətəndaş Nazirliyin əməkdaşları tərəfindən təxliyə olunub.

Milli.Az


Etiketlər:  Güclü yağışlar sıra ərazilərdə fəsadlara səbəb olub VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ