Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2023 20:00
Xalq artisti Mənsum İbrahimov efirlərdə bayağı mahnıların səslənməsinin qarşısının alınması üçün şura yaradılması ilə bağlı təklif irəli sürüb.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu haqda sənətkar qonaq olduğu "Xəzər axşamı" verilişində deyib.
Xalq artisti bildirib ki, bayağı mahnılar gənclərimizin tərbiyəsini pozur:
"Bu, çox problemli məsələdir. Televiziyalarda sənətkarlardan və ziyalılardan ibarət ümumi şura yaradılmalıdır ki, efirdə bayağı mahnılar səsləndirilməsin. O zaman keyfiyyətsiz musiqi də olmaz. Keyfiyyətsiz musiqilər insanların zövqünü korlayır. Genefondumuza zərbədir. Gəncliyimizin tərbiyəsinə çox böyük mənfi təsir edir".