Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Milli Məclisin deputatları ABŞ-da səfərdədir

Milli Məclisin deputatları ABŞ-da səfərdədir

Tarix: 14 Iyun 2023 22:21

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Nigar Arpadarai və Anatoliy Rafailov ABŞ-a səfər ediblər.

Milli.Az APA-ya istinadən bildirir ki, nümayəndə heyəti səfər çərçivəsində respublikaçı senator Rafael Edvard (Ted) Kruzla görüşüb.

Səməd Seyidov bildirib ki, görüşdə dünya və regiondakı vəziyyətlə bağlı geniş müzakirə aparılıb.

Qeyd edək ki, səfərdə çərçivəsində deputatlar ABŞ Konqresinin senatorları və deputatları ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı müzakirələr aparılacaq.

Səfər iyunun 17-də başa çatacaq.

Milli.Az


Etiketlər:  Milli Məclisin deputatları ABŞ da səfərdədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ