Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2023 08:50
Ukrayna əks-hücuma başladı. Döyüş meydanında nə qədər uğurlu olarsa, Rusiya ilə danışıqlar masası arxasında bir o qədər yaxşı mövqe tutacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu NATO Baş katibi Yens Stoltenberq brifinqdə deyib.
Stoltenberq qeyd edib ki, Ukrayna əks-hücum əməliyyatı keçirir və NATO bunun müharibədə dönüş nöqtəsi olub-olmayacağını hələ bilmir:
"Amma biz görürük ki, ukraynalılar irəliləyir və daha çox ərazini azad edirlər. Biz bilirik ki, Ukrayna nə qədər çox şey əldə etsə, Rusiya ilə danışıqlar masasında mövqeləri bir o qədər möhkəm olacaq".