Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2023 17:36
Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirov ailəsi ilə əlaqə saxlayıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə hərbçinin anası Dürdanə Bəbirova məlumat verib.
Onun sözlərinə görə, videozəng Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutub.
"Oğlum dedi ki, narahat olma, ana. Anaya başqa nə deyə bilər ki? Mən danışanda onun vəziyyəti yaxşı idi. Yarası yox idi, bir dənə burnunun üstündə balaca yara var. Məni görəndə kövrəldi, amma ağlamadı. Çünki bildim ki, qıraqda izləyənlər var. Neçə müddət idi ki, övladımı görmürdüm. Şükür elədim ki, balam sağdır. Hardasa beş dəqiqə olardı ki, danışdım. Başqa söhbət edə bilmədi. Mənə dedi ki, narahat olma, hər şey yaxşı olacaq. Mən də dedim ki, Dövlətimiz sizi orada qoymayacaq, çalışırlar", - deyə Dürdanə Bəbirova bildirib.
Vidoegörüntünü təqdim edirik: