Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna ordusu bu qədər ərazini azad edib

Ukrayna ordusu bu qədər ərazini azad edib

Tarix: 15 Iyun 2023 18:48

Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatları çərçivəsində 100 kvadrat kilometr ərazini azad edib.

Milli.Az report-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksiy Qromov Ukrayna müdafiə nazirinin müavini Anna Malyarla keçirdiyi birgə brifinqdə deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu Zaporojye istiqamətində şəhər və qəsəbələri azad etməyə davam edir.

A.Malyar isə söyləyib ki, hazırda gərgin döyüşlər davam edir: "Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda tədricən irəliləyirlər. Düşmən güclü müqavimət göstərir. Rusların əkin sahələrini minalaması bizə çətinlik yaradır".

Nazir müavininin sözlərinə görə, qarşı tərəf Baxmut istiqamətinə əlavə qüvvə cəlb edir: "Onlar bizim irəliləməyimizin qarşısını almağa çalışırlar. Ukrayna Müdafiə Qüvvələri işğalçılara öz planlarını həyata keçirməyə imkan vermir: düşmən irəliləyə bilmir. Biz hücum və müdafiə əməliyyatlarını vəhdətdə davam etdiririk".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynanın əks-hücum əməliyyatlarına başladığını elan edib.

Milli.Az


Etiketlər:  Ukrayna ordusu bu qədər ərazini azad edib


RƏYLƏR